"Əl-Hilal" italiyalı futbolçu ilə maraqlanır
"Əl-Hilal" İtaliya "Roma"sının sol cinah müdafiəçisi Anjelinyo üçün 20 milyon avrodan çox təklif göndərib, danışıqlar davam edir.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Teo Ernandeslə razılaşma çətinləşdiyindən, Anjelinyo əsas seçimdir — oyunçu isə keçidə çox da həvəsli deyil.
Anjelinyo bu mövsüm Seriya A-nın ən yaxşı sol müdafiəçilərindən biridir.