“Əl-Hilal” “Liverpul”un futbolçusuna göz qoydu
"Liverpul"un uruqvaylı futbolçusu Darvin Nunyes "Əl-Hilal"ın transfer radarına düşüb.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Əl-Hilal" D.Nunyes üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
Lakin Mersisayd klubu 25 yaşlı forvard üçün ən azı 50 milyon avro tələb edir.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Darvin Nunyes ötən mövsüm çıxış etdiyi 47 matçda 7 qol 7 məhsuldar ötürmə müəllifi olub.
Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Nunyes "Liverpul"a 2022-ci ilin yayında "Benfika"dan 85 milyon avro qarşılığında transfer olmuşdu.