"Əl-Hilal"dan transfer bombası
"Əl-Hilal" "Mançester Siti"nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silvanı transfer siyahısına əlavə edib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Santi Aouna məlumat yayıb.
30 yaşlı futbolçu üçün Səudiyyə Ərəbistanı klubu 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola oyunçunun klubdan ayrılmasına qarşıdır.
Sözü gedən futbolçu ötən mövsüm çıxış etdiyi 49 oyunda 5 qol 4 məhsuldar ötürmə müəllifi olub.