"Əl-Hilal"dan yeni təklif

Səudiyyə Ərəbistanının nəhəng klubu “Əl-Hilal” Viktor Osimhen üçün yeni transfer cəhdi etməyə hazırlaşır.

Sportline xəbər verir ki, klub “Napoli”nin hücumçusunu transferə razı salmaq üçün illik 50 milyon avronu aşan yeni təklif üzərində düşünür.

26 yaşlı nigeriyalı forvard uzun müddətdir ki, “Əl-Hilal”ın transfer hədəfindədir. Əvvəlki cəhdlər rədd edilsə də, bu dəfə təklif olunan astronomik məbləğ Osimheni fikrini dəyişməyə vadar edə bilər.

Əgər bu transfer baş tutarsa, Osimhen dünyanın ən çox qazanan futbolçularından birinə çevriləcək.