"Əl-Hilal"ın İnzagi sevdası
"İnter"in çalışdırıcısı Simone İnzaqi “Əl-Hilal”ın baş məşqçisi olmaq üçün yekun razılaşmaya yaxınlaşır.
Sportline.az jurnalist Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, Simone İnzaqi “Əl-Hilal” klubunun yeni baş məşqçisi olmaq üçün irəliləmiş danışıqlar mərhələsindədir. İtaliyalı məşqçinin Ərəbistan klubunun təklifinə yaxınlaşdığı və artıq son mərhələdə olduğu bildirilib.
Əgər razılaşma baş tutarsa, İnzaqi dünyanın ən çox maaş alan məşqçisi olacaq. Bu, onun karyerasının ən böyük təkliflərindən biri olaraq qeyd olunur.
Lakin hələlik yekun razılıq əldə olunmayıb. İnzaqi UEFA Çempionlar Liqasının finalına fokuslanmaq üçün danışıqları bir müddət dayandırıb. Məşqçinin gələcəyi ilə bağlı son qərarın oyun bitdikdən sonra veriləcəyi gözlənilir.