"Əl-Hilal"ın yeni hədəfi

"Əl-Hilal"ın rəhbərliyi klubun sükanı arxasına "İnter"in çalışdırıcısı Simone İnzagini gətirmək niyyətindədir.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu İnzaginin meneceri ilə danışıqlar aparır.

49 yaşlı baş məşqçinin "İnter"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Simone İnzagi bu təklifə cavab verməyib.