"Əl-İttihad"ı "Əl-Hilal"a dəyişə bilər

"Əl-İttihad"ın fransalı yarımmüdafiəçisi Nqolo Kante karyerasını "Əl-Hilal"da davam etdirə bilər.

Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, "Əl-Hilal" Kante üçün hərəkətə keçib.

34 yaşlı futbolçunun "Əl-İttihad"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Kante karyerası ərzində daha əvvəl "Suresnes", "Bouloqne", "Kaan", "Lester Siti" və "Çelsi" kimi klublarda çıxış edib.