El Klasikoda yaşananlara görə "Barselona"nı cəza gözləyir
"Barselona" fanatları "Real"la dünənki oyunda meydana kənar əşyalar atıblar.
Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 70-ci dəqiqədə sonra yerli azarkeşlər tərəfindən meydana alışqanlar, dəmir pullar və su qabları atılıb.
Oyunun hakim protokolunda onlardan birinin qonaq komandanın qapıçısı Tibo Kurtuaya dəydiyi qeyd olunub.
Bütün bunlara görə "Barselona"nı cəza gözləyir.
Qeyd edək ki, İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında "Real" "Nou Kamp"da 4-0 hesabı ilə qalib gəlib.