El klasikolarda 21-ci əsrin ən tez het-triki qeydə alınıb.

İspaniya Super kubokunun Ər-Riyadda keçirilən final oyunu rekordla yadda qalıb.

Sportline.az xəbər verir ki, "Real" - “Barselona” matcında 39 dəqiqəyə 3 qol vuran Vinisius Junior 21-ci əsrdə El Klasikolarda ən tez het-trik edən oyunçu olub.

23 yaşlı braziliyalı hücumçu “Flamenqo”nun yetirməsi sayılır.

O 2018-ci ilin iyul ayında 45 milyon avro qarşılığda Kral klubuna keçib.

Son El Klasikoya qədər Madrid klubunda 280 oyuna çıxan Vinisius 65 qol və 68 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun müqaviləsi 2027-ci ilə qüvvədədir.