"El-Klasiko"ların vaxtı açıqlandı
İspaniya La Liqasının yeni mövsümünün təqvimi açıqlanıb.
Sportline.az L Liqanın rəsmi səhifəsinə istinadla xəbər verir ki, azarkeşlərin böyük maraqla gözlədikləri "El-Klasiko"lar 11-ci və 32-ci turlara təsadüf edəcək.
"Real"la "Barselona" komandaları 2023-cü ilin 28-29 oktyabr və 2024-cü ilin 20-21 aprel tarixlərində üz-üzə gələcəklər.
Çempionatda mübarizəyə isə 12-13 avqust tarixlərində start veriləcək.