"El-Klasiko"nu "Real" qazandı
Bu gün İspaniya La Liqasında mövsümün növbəti "El-Klassiko"su keçirilib.
Sportline.az xəbər verir ki, 30-cu turda "Real" doğma meydanda əzəli rəqibi "Barselona"nı qəbul edib. Görüş Madrid klubunun qələbəsi ilə başa çatıb - 2:1.
"Real" - "Barselona" - 2:1
Qollar: Benzema 13 (1:0), Kross, 28 (2:0), Minqueza, 60 (2:1)
Qırmızı vərəqə: Kasemiro, 90-ikinci sarı vərəqə ("Real")
Bu nəticədən sonra xallarını 66-çatdıran "Real" turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Bir oyun az keçirlən "Atletiko" eyni xalla 2-ci, "Barselona" isə 65 xalla 3-cüdür.