"Əl-Nəsr"dən 80 milyon avroluq transfer
"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leao "Əl-Nəsr" klubuna transfer ola bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops öz "X" hesabında paylaşım edib.
26 yaşlı futbolçu üçün "Əl-Nəsr" 80 milyon avroluq təklif hazırlayır.
Qeyd edək ki, Leaonun "Milan"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
O, ötən mövsüm meydana çıxdığı 50 matçda 12 qol 13 asistlə yadda qalıb.
Xatırladaq ki, Rafael Leao "Milan"a "Lill"dən 49.5 milyon avro qarşılığında transfer olunmuşdu.