Elçin Eminov 6-cı dəfə Avropa çempionu olub

Türkiyənin İstanbul şəhərində uşu üzrə Avropa çempionatı başa çatıb.

Sportline.az xəbər verir ki, böyük məşqçi Barətdin Səlimovun rəhbərliyi ilə yarışa qatılan 9 idmançımızın hər biri medal qazanıb.

Millimizin lideri Elçin Eminov (60 kq) 6-cı dəfə Avropa çempionu titulunu qazanıb. Onunla yanaşı, Həmzə Rəsulzadə (65 kq) də qızıl medala yiyələnib.

Elçin Quliyev (56 kq), Hüseyn Qəmbərov (80 kq) və Kişi Şükürlü (60 kq) gümüş medala sahib olub.

Şəfa Məmmədli, Elçin Muradov (hər ikisi 52 kq), Nurlan Zeynalzadə (56 kq) və Yabir Şıxəliyev (65 kq) isə üçüncü yeri tutublar.