Elif Elmas "Atletiko"da
"Fənərbağça"nın yarımmüdafiəçisi Elif Elmas karyerasını İspaniyada davam etdirəcək.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Atletiko" makedoniyalı futbolçunun transferi ilə bağlı "Fənərbağça" ilə razılığa gəlib. Anlaşmaya görə, Madrid təmsilçisi 19 yaşlı futbolçu üçün türklərə 14 milyon avro təzminat ödəyəcək. Rəsmi açıqlamanın qarşıdakı həftə veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Mançester Siti", "Tottenhem", "İnter" və "Napoli"nin də yaxından maraqlandığı futbolçu "Fənərbağça"ya 2017-ci ilin yayında "Rabotniçki"dən keçmişdi.