Embumo "Mançester Yunayted"ə transfer olmaq istəyir
"Brentford"un kamerunlu futbolçusu Brayan Embumu "Mançester Yunayted"ə transfer olmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Samuel Lukhurst məlumat yayıb.
25 yaşlı sağ cinah futbolçusu üçün "Brentford" ən azı 50 milyon avro tələb edir.
Qeyd edək ki, Embumunun klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
O, ötən mövsüm çıxış etdiyi 42 matçda 20 qol 9 məhsuldar ötürmə müəllifi olub.