Emeqaranın yeni klubu müəyyənləşdi

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan İnnosent Emeqaranın yeni klubu məlum olub.

Sportline.az xəbər verir ki, İsveçrə millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək.

Nigeriya əsilli forvard TFF I liqa təmsilçisi "Karagümrük"lə anlaşıb. Klub rəsmi saytı vasitəsilə 30 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalandığını bəyan edib.

Qeyd edək ki, İnnosent Emeqara "Qarabağ"a ötən il "Ermis"dən keçmişdi.