Emilyano Martinez sabiq komandasına qayıdır

"Aston Villa"nın argentinalı qapıçısı Emilyano Martinez mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az xəbər verir ki, "Arsenal" E.Martinezi heyətinə qatmağı planlaşdırır. Bu haqda "Sun Sport" nəşri məlumat yayıb.

32 yaşlı kiperin transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Emilyano Martinezin "Aston Villa" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 53 matçda qapısında 61 top görüb.

Xatırladaq ki, Emilyano.Martinez "Arsenal" klubunun yetirməsidir.