Ən seksual idmançı Holanda çağırış etdi
Almaniyalı atlet Alisa Şmit "Mançester Siti"nin futbolçusu Erlinq Holanda çağırış edib.
Sportline.az xəbər verir ki, Busted Coverage nəşrinin ən cəlbedici atlet seçdiyi idmançı jurnalistlərin Holandla 400 metr məsafəyə yarışa bilərsizmi sualını belə cavablandırıb: "Çətin sualdır. Düşünürəm ki, yaxın məsafələrə yox, 400 metr məsafəyə yarışda şansım olardı. Holandla yarışmaq maraqlı olardı. Ona səslənirəm, Erlinq, hazırsansa gücümüzü sınaya bilərik".
Qeyd edək ki, 24 yaşlı idmançı Avropa çempionatının gümüş və bürünc mükafatçısıdır.