Enzo Fernandez "Real Madrid"də
"Çelsi"nin futbolçusu Enzo Fernandez yeni mövsümdən "Real Madrid"in formasını geyinəcək.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 100 milyon avrodur.
Qeyd edək ki, E.Fernandez ötən mövsüm meydana çıxdığı 54 matçda 15 qol, 7 asistlə yadda qalıb.