Enzonun Madrid sevgisi
"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandez yayda klubdan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
25 yaşlı futbolçu "Real Madrid"ə keçmək niyyətindədir.
Qeyd edək ki, Enzo cari mövsüm meydana çıxdığı 54 matçda 15 qol, 7 asistlə yadda qalıb.