Ərdoğan "Beşiktaş"da

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az "ntvspor"a istinadən xəbər verir ki, "qara qartallar" Avstriyanın LASK komandasının oyunçusu Doğan Ərdoğanı transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. İstanbul təmsilçisinin türkiyəli futbolçu üçün Avstriya klubuna 200 min avro ödəyəcəyi də bildirilib.

Qeyd edək ki, geridə qalan mövsümü icarə əsasında "Yuniors" klubunda keçirən Ərdoğan 19 matçda 1 qol vurub.