Eren Derdiyok "Qalatasaray"dan ayrıldı

Türkiyə çempionu "Qalatasaray"da ayrılıq səsləri eşidilir.

Sportline.az xəbər verir ki, artıq komandadan gedən futbolçulardan birinin adına aydınlıq gətirilib.

Müqaviləsinin müddəti bitən 30 yaşlı futbolçu rəsmi sosial şəbəkə hesabından vida məktubu yayımlayıb. O, mesajında "Qalatasaray" camiəsinə minnətdarlığını bildirib.