Ərən Dərdiyokdan yubiley qolu

Türkiyə Super Liqasında keçirilən "Qalatasaray" - "Sivasspor" matçı İstanbul təmsilçisinin futbolçusu - Ərən Dərdiyok üçün əlamətdar hadisə ilə yadda qalıb. SportLine.az xəbər verir ki, hücumçu "Türk Telekom Arena"da vurulan 400-cü qolun müəllifi olub.

Bunadək, ilk qol Sərvət Çətin, 100-cü qol Dodye Droqba, 200-cü qol Hakan Balta, 300-cü qol isə Yasin Öztekinin aktivində idi.

Qeyd edək, "Qalatasaray" - "Sivasspor" matçı "cim-bom"un qələbəsi ilə yekunlaşıb - 4:2.