Erik Ten Haq evinə qayıdır
"Ayaks" italiyalı baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.
Sportline.az "Sky Sports DE"yə istinadən xəbər verir ki, "Ayaks"ın rəhbərliyi klubun sükanı arxasına Erik Ten Haqı gətirmək niyyətindədir.
55 yaşlı mütəxəsis son iş yeri İngiltərənin "Mançester Yunayted" klubu olub.
Qeyd edək ki, Erik Ten Haq 2017-2022-ci illər ərzində "Ayaks"ı çalışdırıb.