Ərsun Yanalın ilk beşlik planı

Türkiyə Superliqasının cari mövsümündə bərbad çıxışı ilə yadda qalan "Fənərbağça" qalan 8 turdan qələbə ilə ayrılmaq arzusundadır.

Sportline.az xəbər verir ki, klubun baş məşqçisi Ərsun Yanal futbolçulara 2 günlük istirahət versə də, özü köməkçi məşqçilərlə birlikdə növbəti turlardakı rəqiblərini analiz edib.

Qarşıdakı 8 oyunda 24 xalı hədəfləyən mütəxəssis "Fənərbağça"nı yarış cədvəlində ilk beşliyə yüksəltmək arzusundadır