Ərsun Yanalın planı: 6 oyuna 18 xal

Türkiyə Superliqasında bərbad çıxışı ilə yadda qalan "Fənərbağça"nın baş məşqçisi Ərsun Yanal gələcək planı açıqlayıb.

Sportline.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis qalan 6 oyunda 18 xal qazanmaq niyyətindədir.

"Azarkeşlərimiz cari mövsümdə bizi heç tək buraxmadı. Onlara yaxşı bir mözvsüm yaşada bilmədik, ən azından qalan 6 oyunda qalib gələrək azarkeşlərimizi xoşbəxt etməliyik. Bunu bacaracağıq. 6 oyunda 18 xal toplayaraq liqanı yaxşı mövqedə bitirməliyik".