Ervin Koffi “Neftçi”ni tərk edib

“Neftçi” futbolçusu Ervin Koffi ilə yollarını ayırıb.

Klubdan Sportline.az-a verilən məlumata görə, fransalı müdafiəçinin başa çatan müqavilə müddəti yeniləməyib. 

Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.