"Əsgər salamı"na görə Türkiyəyə intizam işi açıldı

UEFA Türkiyə milli komandasına qarşı intizam işi açıb. 

Sportline.az "Hurriyet"ə istinadən xəbər verir ki, buna səbəb yığma oyunçularının AVRO-2020-nin seçmə mərhələsində Parisdə Fransa ilə görüşdə vurduqları qolu əsgər salamı ilə qeyd etməsidir. 

Qərar Türkiyə Futbol Federasiyasına göndərilib və məsələ ilə bağlı mövqe tələb edilib. 

Qeyd edək ki, Fransa - Türkiyə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü 30 minədək türk azarkeş izləyib. Yığma üzvləri Albaniyanı 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin seçmə oyununda da qolu əsgər salamı ilə qeyd ediblər.