"Everton" "Fənərbağça"dan futbolçu ala bilər
"Fənərbağça"nın brazilyalı yarımmüdafiəçisi Fred "Everton"un transfer siyahısında yer alıb.
Sportline.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu Fred üçün 18 milyon avro tələb edir.
32 yaşlı yarımmüdafiəçinin "Fənərbağça" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Fred ötən mövsüm çıxış etdiyi 45 matçda 5 qol 8 məhsuldar ötürmə müəllifi olub.