"Everton" "Mançester Siti"yə elçi düşüb

"Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qriliş "Everton"un maraq dairəsinə düşüb.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Qrilişi heyətinə qatmaq üçün "Mançester Siti" ilə danışıqlara başlayıb.

29 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

"Şəhərlilər" Qriliş üçün ən azı 40 milyon avro tələb edir.

Qeyd edək ki, təcrübəli futbolçu "Mançester Siti"yə 2021-ci ilin yayında "Aston Villa"dan 117.5 milyon avro qarşılığında transfer olunmuşdu.

O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 3 qol 5 məhsuldar ötürmə müəllifi olub.