"Everton" "Mançester Yunayted"dən 70 milyon avro tələb edir
"Mançester Yunayted" "Everton"un ingiltərəli futbolçusu Cerred Brantveytı rənglərinə bağlamaq istəyir.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Everton" Brantveyt üçün 70 milyon avro tələb edir.
22 yaşlı stoperin Mersisayd klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Cerredin meneceri "Mançester Yunayted"lə təmas halındadır.
O, "Everton"a 2020-cü ilin yanvar ayında "Karlisle Yunayted"dən 1.1 milyon avro qarşılığında transfer olmuşdu.
Brantveyt bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 1 asistlə yadda qalıb.