"Everton" Ndiayenin transfer qiymətini açıqlayıb
"Everton" İliman Ndiayenin transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, Mersisayd klubu 26 yaşlı sağ cinah vingeri üçün 70 milyon avro tələb edir.
"Team Talk"un yaydığı məlumata görə, "Mançester Siti", "Mançester Yunayted", "Liverpul" və "Tottenhem" seneqallı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, İ.Ndiaye bu mövsüm meydana çıxdığı 34 matçda 6 qol, 3 asistlə yadda qalıb.