"Everton"un futbolçusu "Beşiktaş"ın radarındadır
"Everton"un afrikalı futbolçusu Beto karyerasını "Beşiktaş"da davam etdirə bilər.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Ole Qunnar Solskayer 27 yaşlı futbolçunun "Beşiktaş"a gəlməsinə razılıq verib.
Betonun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avro olaraq qiymətləndirilir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 matçda 12 qol 1 məhsuldar ötürmə müəllifi olub.