Əzəli rəqiblər arasında qalmaqal: Tarixi faktlar üzə çıxarıldı

“Real” və “Barselona” arasında qalmaqal davam edir.

“Barselona” klubunun prezidenti Xuan Laportanın "Hakimlər hər zaman “Real Madrid”ə qarşı müsbət qərarlar veriblər. Tarix boyu hər zaman İspaniya kralı bu klub üçün çalışıb. “Barselona” hər zaman 2-ci planda qalıb" açıqlaması gündəmi zəbt edib. 
Sportline.az “Real Madrid” klubunun rəsmi twitter hesabına istinadla xəbər verir ki, kral klubu bu ittihama cavab olaraq sosial media hesabında video paylaşıb. Videoda bu fikirlər qeyd olunub;
“Barselona” Frankoya qızıl və almaz hədiyyə etdi.
“Barselona” 1965-də Frankonu klub üçün vəzifəli şəxs təyin etdi.
“Barselona” Frankonu 3 dəfə mükafatlandırdı.
“Barselona” Frankonun dönəmində 3 dəfə müflis olmaqdan qurtuldu.
“Barselona” Frankonun dövründə 8 dəfə La Liqa, 9 dəfə isə İspaniya Kubokunu qazandı.
Videonun sonunda isə belə bir fikir qeyd olunur: Düzünü demək lazımdır ki, “Real Madrid”in çempionluq titulu qazanması 15 il çəkdi. "Santiaqo Bernabeu" adlı qısa metrajlı filmdə deyildiyi kimi, “Real Madrid” klubunun futbolçuları o dövrdə sürgünə göndərildi və həbs edildi. Bunu tarixi faktlarla göstərdik.