Falkao debüt matçında "Qalatasaray"a qələbə qazandırdı

Türkiyə Super Liqasında 4-cü tura start verilib.

Sportline.az xəbər verir ki, "Qalatasaray" evdə "Kasımpaşa"nı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Sarı-qırmızılar"ın heyətində debüt edən kolumbiyalı hücumçu Radamel Falkao komandasına qələbə qazandıran qolun müəllifi olub.

"Qalatasaray" 4 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 5-ci sırasında qərarlaşıb. "Kasımpaşa"nın isə 1 xalı var.

"Qalatasaray" - "Kasımpaşa" - 1:0

Qol: Radamel Falkao, 38