Falkaonun derbi ilə bağlı istəyi

“Fənərbağça"ya qol və qollar vurmaq istəyirəm. Çünki ölkəmdə bu qarşılaşma canlı yayımlanacaq. “Qalatasaray” forması ilə “Fənərbağça”ya qol vurmağın mənasını başa düşürəm. Bu qollar ölkəmdə də izlənəcək”.

Sportline.az “Milliyet”ə istinadən xəbər verir ki, bu sözləri “Qalatasaray”ın kolumbiyalı hücumçusu Radamel Falkao komandanın “Fənərbağça”yla oyunöncəsi son məşqində keçirilən iclasda deyib. 33 yaşlı futbolçunun həftə boyu derbi oyunu üçün xüsusi motivasiya ilə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Superliqanın 6-cı turunun ikinci günündə - bu gün əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbağça” üz-üzə gələcək. “Sarı-qırmızılılar”ın meydanında olacaq qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.