Fatih Terim də koronavirusa yoluxdu

Türkiyə futbolunda koronavirus pandemiyasına yoluxanların sayı artmaqdadır.

Sportline.az xəbər verir ki, təxminən bir neçə dəqiqə əvvəl "Qalatasaray"ın baş məşqçisi Fatih Terim sosial şəbəkə hesabından bu virusa yoluxduğunu açıqladı.

"Bu gün koronavirusa görə məndən götürülən test müsbət nəticə verdi. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa zamanda xəbərləşərik".