Fatih Terim evə buraxıldı

"Qalatasaray"ın koronavirusa yoluxan baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb.

Sportline.az “Fanatik”ə istinadən xəbər verir ki, bu barədə Terimin müalicə olunduğu xəstəxanadan açıqlama verilib. Bu gün qan analizi verən və tomoqrafiya edilən mütəxəssisin evdə 14 günlük karantində olacağı bildirilib.

Koronavirus xəstəliyi ilə bir müddətdir xəstəxanada olan "Qalatasaray"ın vitse-prezidentləri Yusuf Günay və Abdurrahim Albayrak haqda isə məlumat verilməyib.