Fatih Terim "Neftçi"yə belə reaksiya verdi

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə rəqib olmalarına münasibət bildirib.

Sportline.az xəbər verir ki, püşkü canlı izləyən təcrübəli mütəxəssisin reaksiyası belə olub: “Niyə də "Neftçi” olmasın? Heç olmasa həmyerlilərimizi, can qardaşlarımızı tapdıq”.