Fatih Terimin son vəziyyəti

"Liv Hospital" koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin son durumu ilə bağlı açıqlama yayıb.

Sportline.az xəbər verir ki, türk mütəxəssisin yüngül öskürəkdən başqa şikayətinin olmadığı və müalicəsinə başlanıldığı bildirilib.

 Onun durumu ilə yaxından maraqlanıldığı vurğulanıb.