Fatih Terimin son vəziyyəti

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusdan tam sağalıb.

Sportline.az xəbər verir ki, o, "İnstaqram" hesabı vasitəsi ilə canlı yayımda bu barədə bildirib. Türk mütəxəssis son koronavirus testinin mənfi çıxdığını söyləyib. O, həkimlər razılığı verəcəyi təqdirdə, köməyi olan şəxslərə qan verməyə də hazır olduğunu bildirib. Terim koronavirus səbəbindən insanları diqqətlə olmağa çağırıb.

Qeyd edək ki, F.Terim ötən ay koronavirusa yoluxmuşdu.