Federasiya prezidenti polis tərəfindən saxlanıldı

İspaniya Kral Futbol Federasiyasının sabiq prezidenti Luis Rubiales İspaniya aeroportunda saxlanılıb.

Sportline.az xəbər verir ki, bu haqda Sport.es. məlumat yayıb.

Saxlanılma İspaniya prokurorluğunun apardığı araşdırmadan sonra verdiyi sanksiyaya əsasən həyata keçirilib.

Qeyd edək ki, prokurorluq bundan əvvəl İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı müqaviləyə görə federasiyada axtarış aparmışdı.

Həmin anlaşmada korrupsiya faktının aşkarlanması haqda xəbərlər dolaşırdı.

Bununla yanaşı prokurorluq İspaniyanın qadınlardan ibarət millisinin üzvü Cennifer Ermosonu öpdüyünə görə də Rubialesə 2,5 illik həbs cəzası tələb etmişdi.