Federasiya rəhbəri futbolçu ilə öpüşdüyü üçün məhkəməyə verilib

İspaniya prokurorları millinin futbolçusu Cennifer Hermoso ilə öpüşən İspaniya Kral Futbol Federasiyasının rəhbəri Luis Rubialesdən Milli Məhkəməyə şikayət edib .

Sportline.az xəbər verir ki, sentyabrın 6-da futbolçunun Rubialesə qarşı öpüşlə bağlı prokurorluğa şikayət etdiyi bildirilir.

Prokurorluğun verdiyi şikayətdə Rubiales və onun çevrəsi tərəfindən Hermosoya onun iradəsinə zidd hərəkəti təsdiqləmək üçün “daimi və təkrar təzyiq” göstərilib. Qızın təzyiqə məruz qaldığı da bildirilir.

Avqustun 20-də İspaniyanın qadınlardan ibarət yığması turnirin finalında İngiltərəyə qalib gələrək (1:0) tarixində ilk dəfə dünya çempionu olub. Bayram zamanı Rubiales Hermosonun dodaqlarından öpüb.