Felipe Luis Di Mariyadan üzr istədi
"Atletiko"nun keçmiş müdafiəçisi Felipe Luis "Real"ın sabiq futbolçusu Anhel Di Mariyadan üzrxahlıq edib.
Sportline.az xəbər verir ki, Felipe Anhelin həyat yoldaşı haqqında yol verdiyi həqarətə görə ondan üzr istəyib.
Sən demə bu addımı atmağa Felipenin sabiq komanda yoldaşı Serxio Aqueyro təhrik edibmiş.
"Mən Di Mariyaya yaxınlaşdım və ona həyat yoldaşı ilə bağlı bəzi sözlər dedim. Bu, Anhelə çox pis təsir elədi. Ona görə də həmin oyunda onun öhdəsindən asanlıqla gəldim. Amma, evə qayıdandan sonra əməlimdən çox peşiman oldum. Anhel, bu hərəkətimə görə məni bağışla", - deyə Felipe Luis YouTube-dəki Charla Podcast kanalına müsahibəsində peşimanlığını ifadə edib.
Xatırladaq ki, Luis bu ilin dekabrında karyerasını başa vurub.