"Fənərbağça" 20 milyon avroya transfer etdiyi futbolçusu ilə yollarını ayıra bilər
"Fənərbağça"nın mərakeşli forvardı Yusef En-Nesri klubdan ayrılma ehtimalı yüksəkdir.
Sportline.az "DAZN İtalia" nəşrinə istinadən xəbər verir ki, "Əl-Hilal" Y.En-Nesri transfer etmək üçün "Fənərbağça" ilə danışıqlara başlayıb.
28 yaşlı futbolçunun transfer qiyməti 25 milyon avrodur. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 30 qol 7 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Yusef En-Nesri "Fənərbağça"ya "Sevilya"dan 20 milyon avro qarşılığında transfer olunmuşdu.
Onun İstanbul klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.