"Fənərbağça" "3 muşketyor" arzusunda

"Fənərbağça" növbəti mövsüm üçün heyətini 3 futbolçu ilə güclənirməyi planlaşdırır.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun komandada görmək istədiyi oyunçuların üçü də serbiyalıdır. "Sarı-lacivərdlər" "Fulhem"in hücumçusu Aleksandar Mitroviçi icarəyə götürmək, "Roma"nın müdafiəçisi Aleksandr Kolarov və "Benfika"nın yarımmüdafiəçisi Lubomir Feysanı isə almaq niyyətindədir.

Qeyd edək ki, "Fənərbağça" geridə qalan mövsüm Türkiyə Superliqasını 46 xalla 6-cı pillədə bitirib.