"Fənərbağça" prezidenti 45 günlük cəzalandırıldı

“Fənərbağça” klubunun prezidenti Ali Koç Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Sportline.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərinə 30 günlük cəza, 20 min TL məbləğində cərimə kəsilib.

Cəzaya “Fənərbağça” prezidentinin idmançıya yaraşmayan açıqlamalar verməsi səbəb göstərilir. Ali Koçla yanaşı, “Kayserispor”un vitse-prezidenti Mehmet Çakmak da oxşar açıqlamalar səbəbindən 45 günlük cəzalandırılıb, 30 min TL cərimə olunub.