"Fənərbağça" aşağı liqa təmsilçisinə məğlub olub kubokla vidalaşdı

Türkiyə kubokunda 1/8 final mərhələsinin daha üç görüşü keçirilib. SportLine.az xəbər verir ki, favoritlərdən "Başakşəhər" "Hatayspor"la görüşdə 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Cari mövsüm uğursuz nəticələrlə azarkeşlərini məyus edən "Fənərbağça" da aşağı liqa təmsilçisinə uduzub. "Ümraniyespor" hər iki matçda 1:0 hesablı qələbə qazanmaqla "sarı bülbüllər"i üstələyib.

24 yanvar 2019
Türkiyə kuboku
1/8 final (cavab oyunları)

"Hatayspor" - "Başakşəhər" - 4:1
İlk oyun:
0:1

"Kasımpaşa" - "Alanyaspor" - 1:0 (əlavə vaxtda)
İlk oyun:
0:0

"Fənərbağça" - "Ümraniyespor" - 0:1
İlk oyun:
0:1