"Fənərbağça" da hərəkətə gəlir

“Fənərbaxça” klubu da məşqləri bərpa edir.

Sportline.az xəbər verir ki, bu haqda Türkiyə Super Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komanda, mayın 4-dən klubun bazasında məşqlərə başlayacaq.

Klubdan verilən məlumatda, futbolçuların hələlik 4 nəfərlik qruplar halında məşq edəcəkləri bildirilib.

Koronavirus pandemiyasına görə dayandırılmış Super Liqanın isə, iyunda bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, “Dənizlispor”, “Beşiktaş”, “Göztəpə” və “Kasımpaşa” komandalarının da, məşqləri bərpa olunub.

Banner