"Fənərbağça" fransalı ulduzun transferinə hazırlaşır
Çempionluğu əldən verən "Fənərbağça" gələn mövsüm fanatların intizarına son qoymaq niyyətindədir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi heyətə ciddi əl gəzdirəcək.
Yola salınacaq futbolçuların yerinə daha keyfiyyətli oyunçular cəlb etmək istəyən klub rəhbərliyinin transfer siyahısı genişdir.
Hədəfdəki futbolçulardan biri də fransalı Rayan Çerkidir.
"Sarı lacivərtlilər" yay transfer dönəmində 21 yaşlı ulduzun keçidini həll etməyi planlaşdırırlar.
"Lion"dan ayrılmağa hazırlaşan Əlcəzair əsilli vingerlə ilkin danışıqlar aparıldığı bildirilir.
"Lion"un yetirməsinin sərbəst qalma məbləği 22 milyon avrodur.